Qur’an

Qur’an
Qur’an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur’an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s) ə endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır.
Qur’anın adları;
Qur’anın yenə Qur’an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur’andır. Bunların bir qismini misal olaraq qeyd edək:
Əl-Kitab – Qur’anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab – Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan – Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda – Hidayət edici deməkdir.
Əz-Zikr – Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Qur’anın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.


Ayə
Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Qur’anın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır.
Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməktədir. Nafiyə görə 6217, Şeybəyə görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə ayələrin 6666’dır.
Ayələrin Tərtibi
Ayələrin tərtibi, yəni Qur’andakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Peyğəmbərimiz (s.ə.s), nazil olan hər ayə və ayələrin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazarlardı. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır.
İlk və son nazil olan ayələr.
İlk nazil olan ayələrin Alaq surəsinin ilk beş ayəsi olduğu bilinməktədir. Əl-Müdəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yerə aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.
Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğunu iləri sürən alimlər vardır. Bəqərə 278, 281, Nisə, 176; Tövbə 128-129; Nur, 1-3 və Maidə 3.
Ən məhşur olan görüşə görə ən son nazil olan ayə Maidə surəsinin 3-cü ayəsidir.
“Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə ne’mətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim.”
Surə
Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə: Qur’anın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.
Qur’anda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. “Ey insanlar” deyə başlayan surələr Məkkə, “Ey iman edənlər” deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.
Qur’anın yazılması:
Hər ayə və surə nazil olduğunda,Peyğəmbərimiz vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.
Ömərin (r.a) təklifi ilə Zeyd b.Sabitin başçılığı ilə Əli(r.a), Osman(r.a), Übeyy b.Ka’b (r.a), İbn Məsud (r.a), Əbu Hureyrə (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir komisiya quruldu. Çalışmalar nəticəsində Qur’an bir kitab halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə Qur’ana Mushaf adı verildi. Bu mushaf Xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə olunmağa başlandı.
Qur’an elmləri
Qur’anın doğru bir şəkildə təfsir ediləbilməsi üçün lazım olan elmlərə Qur’an elmləri deyilir.
Əsbabul â?“Nuzul.
Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.
Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin önəmi böyükdür. Beləki Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürlərdi. Ancaq hər ayənin bir gəliş səbəbi var deyə bilmərik. Əl-Vahidi demişdir: “Ayənin nüzül səbəbini bilmədikçə, onu tam olaraq anlamaq mümkün deyildir”
Nəsih-Mənsuh
Nəsihin lüğət mənası: izalə etmək, yox etmək, dəyişdirmək, nəql etmək deməkdir. Bir termin olaraq isə: Bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır.
Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir. (Təfsir üsulu s.122)
Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur:
“Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, ondan da yaxşısını və ya bənzərini gətirirk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdir? !” (Bəqərə 2/106)
Məsələn “Haraya yönəlirsiniz yönəlin Allahın qibləsi oradır” (Bəqərə 2:115) ayəsini “Üzünüzü Məscidil Həram tərəfə çevirin” (Bəqərə 2:144) ayəsinin nəshetdiyini görürük.
Möhkəm və Mütəşabih ayələr
Qur’andakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır.
Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir. Bunlara â?œMöhkəm aylərâ?œ deyilir. Gizliliyi olan ayələrə də mütəşabih ayələr deyilir.
“Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı ayələr vardır ki, bunlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır. Qəlblərində sapma meyli olanlar fitnə fəsad törətmək, (istədikləri kimi) izah etmək arzusu ilə oxşar mənalıya uyarlar. Allahdan başqa isə onun izahını heç kəs bilməz. Bilikdə möhkəm olanlar deyərlər: “Biz ona inandıq, hamısı Rəbbinizdəndir.” Bunu ancaq ağıl sahibləri anlayarlar. (Ali İmran 3\7)
“Bu ayələri möhkəm qılınmış bir kitabdır.” (Hud 11\1)
Quran dünya alimlərinin nəzərində
Quran kitabının əzəmətli olmasını bilmək istəsək, buna diqqət edib görərik ki, 14 əsr keçməsinə baxmayaraq, heç bir şəxs onda bir cüzi səhv və nöqsan tapa bilməmişdir. Onun açıq-aydın bəyani üslubları, kəlmələri elə təzə və şirindir ki, elə bilirsən indicə nazil olub.
Lebon
Fransız alimi Libon
Italiyalı keşiş Maraksi qırx il öz ömrünü Quranla mübarizəyə həsr etmişdir. Quranla belə tünd mübarizəsi onun savadsızlığına, nadanlığına dəlalət edir. Maraksi bu qırx ildə Quranın tərcüməsi və ayələri qarşısında öz fikri və rəylərini öz bildiyi, öz düşündüyü kimi bəyan etmişdir. Təəssüflər olsun ki, Maraksi Quran ayələrinin fəsahət və bəlağətinin fəsli və vəslinin hansı tərzdə nazil olmasından xəbərsiz idi. Çünki Quran kitabının məxsus təsiredici cəzzabiyyəti heç bir kitaba bənzəmir.
M. Savary
Fransalı təhqiqatçı alim M. Savari
Quranın insanlar arasında yayılması üçün heç bir zorakılıq olmamışdır. Müsəlmanların qələbəsindən sonra öz dinlərini qorumaq üçün camaatı azad buraxdılar. Zorla heç bir şəxsə Quran təlim olunmayıb. Lakin təsirli, məntiqli, qane edici dəlil və sübutlarla bu təlim inkişaf etdirilmişdir. Bunun nəticəsidir ki, hal-hazırda bütün dünyada müsəlmançılığа, islam dininə meyl günü-gündən artır.
Heidar Bamat
Fransalı alim Heydər Bamat
Məhəmmədin (s) â?œQuranâ? ı elə bir kitabdır ki, orada açıq məntiqli dəlillər, saysız-hesabsız elmi məsələlər, hüquqi məhkəmə qaydaları, ictimaiyyətdə yaşamaq və öz mədəniyyətlərini hifz etmək üçün sadə ibarələr olduğu halda, möhkəm, sabit və münəzzəm qaydada oxucuları özünə cəlb edir.
Sir Willaim Maules
Təhqiqatçı alim Ser Vilyam Maules
Məhəmməd (s) tarixin ən böyük şəxsiyyətidir. O, bir dəfəyə üç ən böyük və mühüm iş görmüşdür. 1) Bir milləti dirçəldib ona yeni həyat vermişdir. 2) Müstəqil bir dövlət yaratmışdır. 3) Bütün dinlərin əşrəflisi olan Islam dinini təsis etmişdir.
Məşhur tarixçi alim Deye Riye Belanseyyə
Quran kitabının lüğəti ərəblərin fəsahətli lüğətindən də fəsahətlidir və onun bəlağətli üslub qaydası bütün fikirləri özünə cəlb edir. Qurani-Kərim kitabı aşkar nəsihətdir. Hər bir şəxs bu kitabdan yaxşı istifadə edib əmrlərini düzgün yerinə yetirsə aram və rahat yaşayar.
Beller
Alman təhqiqatçı alimi Beller
Müsəlmanların ən gözəl xüsusiyyətlərindən ikisi onların iftixar etmələri üçün kifayətdir. Biri odur ki, Allahın tək olmasına heç bir şəkk-şübhə etmirlər. Ikincisi də odur ki, Allahın əmrlərini yerinə yetirmək üçün müəyyən bir məkanın olmasını vacib bilmirlər.
Doktor Markus Dudes
_________________
Quran surələrinin fəziləti
Allah-Taala Qurani-Kərimin insanları hidayət etməsi barədə buyurur:
â?œŞübhəsiz, bu Quran [insanları] daha möhkəm [və doğru] yola hidayət edirâ? .
Beləliklə, bu müqəddəs kitabın bəşəriyyəti hidayət etməsi barədə şübhə etmək, əsassız bir şeydir. Əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.v.a) və onun məsum Əhli-beytindən (ə) bizə çatmış bir çox hədislər, Qurani-Kərimə nəzər salmağın, həmçinin onun mübarək surələrinin oxunuşunun ibadət sayılması və bunun üçün çoxlu savabların verilməsindən xəbər verir.
Həzrət Məhəmməd (s) buyurur:
â?œÜç şeyə [baxmaq] ibadətdir:
1. Valideynin üzünə baxmaq;
2. Qurana baxmaq;
3. Dənizə baxmaqâ? .
Həmçinin, bir sıra hədislərdə Quranın hər hansı bir surəsinin oxunuşu üçün böyük və çoxlu savablar buyurulmuşdur. Bir çoxları belə hədisləri oxuduqda, onlarda vəd verilən böyük savablara çatmaq üçün yalnız Quran surələrini oxumaqla kifayətlənib və beləliklə də, böyük savablara çatdıqlarını güman edirlər. Bu isə yalnış bir xəyaldır!
Qurani-Kərim bütün insanlar üçün hidayət kitabı olsa da, heç vaxt təkcə oxunmaq üçün nazil olmamışdır. Əksinə, onu oxuyanlar müqəddəs ayələr haqqında təfəkkür etməli va daha sonra orada buyurulmuş göstərişlərə əməl etməlidirlər. Yalnız bu halda hidayət və səadət yoluna çatmaq olar.
Qurani-Kərimdə oxuyuruq:
â?œBu [Quran], sənə nazil etdiyimiz bərəkətli kitabdır. [Müsəlmanlar] onun ayələri üzərində düşünüb və ağıl sahibləri yada salsınlarâ? .
Amma, çox təəssüflər olsun ki, bu gün Qurani-Kərimi oxuyub, onun göstərişlərinə əməl etmək əvəzinə, yalnız onun oxunuşu və ya əzbərlənməsi ilə kifayətlənirik. Bu isə əsl həqiqətdə, Qurani-Kərimin nazil olma hədəflərini həyata keçirmir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: